AZAL-ın düşərgəsində yeni futbolçu yer alır
Yeni mövsümün hazırlıqlarına başlayan AZAL-ın düşərgəsində yeni futbolçu yer alır. Paytaxt təmsilçisi gürcü müdafiəçi Georgi Çixradzeni sınaqdan keçirir. Gürcü arxa xətt oyunçusunun son klubu ABŞ "Red Bull"u olub. Çixradzenin AZAL-da qalıb-qalmayacağı qarşıdakı günlərdə məlum olacaq.

Xəbər 971 dəfə oxundu.