"Atletiko"nun növbəti transfer hədəfi bəlli olub
"Atletiko"nun növbəti transfer hədəfi bəlli olub. Madrid təmsilçisi müqavilə ilə "Barselona"ya məxsus olan, lakin icarə əsasında "Milan"da çıxış edən Boyan Krkiçi heyətinə qatmaq istəyir. "Atletiko" Krkiçə "Monako"ya satılan Radamel Falkaonun əvəzləyicisi gözüylə baxır.

Qeyd edək ki, "Milan" da Krkiçin transfer hüququna yiyələnmək istəyir. Ötən mövsüm gənc forvard İtaliya "A" seriyasında meydana çıxdığı 19 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Xəbər 872 dəfə oxundu.