UEFA klublarımızla bağlı qərar verdi
Azərbaycan klublarının Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirəcəyi cavab oyunlarının baş tutacağı stadionlar təsdiqlənib. Bu barədə UEFA-nın rəsmi saytında məlumat yerləşdirilib.

Beləliklə, «Qarabağ» «Metallurq»u (Makedoniya), Tofiq Bəhramov adına Respublika stadionunda, «Xəzər Lənkəran» «Slima»nı (Malta) Lənkəran şəhər mərkəzi stadionunda qəbul edəcək. Finlandiyada «Mariehamn»ın qonağı olacaq «İnter» isə «Viklöf Holdinq Arena»da meydana çıxacaq.

Xəbər 840 dəfə oxundu.