Leonel Olimpio Azərbaycandan təklif alıb
Portuqaliyanın «Vitoria»klubunun futbolçusu Leonel Olimpio Azərbaycandan təklif alıb. Braziliyalı yarımmüdafiəçinin xidmətindən adı açəıqlanmayan klubumuz maraqlı olub.

Lakin 31 yaşlı futbolçu təklifi qəbul etməyib. İsrail getməyə üstünlük verən Leonel yaxın günlərdə bu ölkənin klublarından biri ilə müqavilə bağlayacaq.

Qeyd edək ki, Olimpio indiyə qədər «Uniao Barbarense», CRB, «Amerika», «İtuiutaba», «Gil Visente», «Paços Ferreyra» klublarında çıxış edib. Braziliyalı 2011-ci ildən forma geyindiyi «Vitoria»da 45 oyuna çıxıb və 2 qol vurub.

Xəbər 1015 dəfə oxundu.