Avrokuboklarda mövsümü «Qarabağ» açacaq
Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində baş tutacaq «Metallurq» – «Qarabağ» oyununun başlama saatı açıqlanıb. İdman.com.az-ın UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20.45-də start götürəcək.

Qeyd edək ki, «Metalluq» – «Qarabağ» oyunu iyulun 2-də keçiriləcək. Matça Skopyedəki «Filip II» stadionu ev sahibliyi edəcək.

Xəbər 956 dəfə oxundu.