Abışov üçün daha üç rəqib
Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin”in iyunun 30-dan iyulun 13-dək baş tutacaq ikinci təlim-məşq toplanışındakı rəqibləri bəlli olub.

İdman.com.az-ın klubun saytına istinadən verdiyi xəbərə görə, Avstriyadakı hazırlıq prosesi zamanı Kazan təmsilçisi Sloveniyanın "Triqlav" (3 iyul), Rumıniyanın “Çaxleul” (7 iyul) və Ukraynanın “Metallist” (10 iyul) komandaları ilə yoxlama matçları keçirəcək.

Xatırladaq ki, iyulun 18-i və 25-də “Rubin” Avropa Liqasının ikinci təsnifat mərhələsində Serbiyanın “Yaqodina” komandası ilə qarşılaşacaq. İlk görüş səfərdə baş tutacaq.

Xəbər 846 dəfə oxundu.