Futbol üzrə Avro 2016-nın loqosu
Fransanın paytaxtı Parisdə 2016-cı ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatının loqosunun rəsmi təqdimetmə mərasimi keçirilib.

Tədbirdə təşkilatçı qurumun dəvətinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanov və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak ediblər.

Qeyd edək ki, SOCAR bu çempionatın, o cümlədən Avro-2016-nın seçmə mərhələsinin sponsorlarından biridir.

Xəbər 788 dəfə oxundu.