Azərbaycan millisi Oman yığması ilə yoxlama oyununda
Azərbaycanda keçiriləcək hərbçilər arasında futbol üzrə dünya çempionatına hazırlaşan yığma komandamız təlim-məşq toplanışını davam etdirir.

Yığmamız hazırlıq çərçivəsində növbəti yoxlama matçını keçirib.
Baş məşqçi Nazim Süleymanovun yetirmələri Oman millisi ilə qarşılaşmış və 0:1 hesabı ilə məğlub olublar.

Qeyd edək ki, komandamız ilk yoxlama oyununda Bəhreyn yığması ilə üz-üzə gəlmiş və görüşdə hesab açılmayıb.

Xəbər 879 dəfə oxundu.