Xurado Spartakla 4 illik müqavilə imzaladı
Xuradonun Moskva Spartakı ilə müqaviləsi 4 illik nəzərdə tutulub. Bunu futbolçu öz rəsmi tvitterində qeyd edib.

Xatırladaq ki, ispan futbolçu ötən mövsümü icarə əsasında Rusiya klubunda keçirmişdi. Bu günlərdə isə Şalke ilə Spartak transferi razılaşdırıblar. Moskvalılar 27 yaşlı yarımmüdafiəçiyə görə 2 milyon avro ödəyiblər.

Xəbər 980 dəfə oxundu.