Karlos Tevez rəsmən "Yuventus"da
"Mançester Siti"nin futbolçusu Karlos Tevez "Yuventus"a rəsmən transfer olunub.

Klub rəsmi saytı argentinalı hücumçunu heyətləriinə qatdığını bildirib. Futbolçu ilə üç illik müqavilə imzalanıb.

İtaliya klubu Tevez üçün 9 milyon avro təzminat ödəyib. Hücumçu Yuventus"da illik 5.5 milyon avro qazanacaq.

Qeyd edək ki, Tevez Turin təmsilçisində 10 nömrəli forma geyəcək. Bu isə “Yuventus”un əfsanələrindən olan Alessandro del Pyeronun geydiyi formanın nömrəsidir.

Xəbər 816 dəfə oxundu.