Futbol mütəxəssisləri təltif edildilər

Bu gün Gənclər və İdman Nazirliyində Azərbaycan futbolunun 100 illik yubileyi münasibəti ilə futbolun inkişafında və təbliğində xidmətləri olan şəxslərə fəxri adlar təqdim edilib. Tədbirdə çıxış edən Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov fəxri adlara layiq görülənləri təbrik edərək onlara uğurlar arzulayıb.

Beləliklə, Gənclər və İdman Nazirliyinin Kollegiya qərarı olə Orucov Şakir İldır oğlu, Ağayev Elşad Həsənalı oğlu və Məmmədzadə Sakin Məmməd oğlu “Fəxri bədən tərbiyəsi və idman işçisi” adına layiq görülüblər.

Bundan başqa aşağıdakı futbol mütəxəssisləri “Əməkdar məşqçi” adına layiq görülüblər: Mahmudov Adil Sevil oğlu, Namazov Asif Hüseyn oğlu, Hacıyev Böyükağa Tələt oğlu, Heydərov Şamil Abbas oğlu, Vahabzadə Yaşar Fikrət oğlu, Cəfərov Gündüz Əsədulla oğlu, Qəribov Şakir Dadaş oğlu, Paşayev Vaqif Hacı oğlu və Abdullayev Əsgər Məmməd oğlu.

Tədbirdə cüdo üzrə məşqçi Həsənov Tahir Tərlan oğluna da “Əməkdar məşqçi” adını təsdiq edən vəsiqə təqdim edilib.

Xəbər 1379 dəfə oxundu.