İsko "Real"la müqavilə imzaladı
Uzun müddətdir "Malaqa"nın futbolçusu İskonu transfer etməyi planlaşdıran "Real" (Madrid) klubu nəhayət ki, bu keçidi rəsmiləşdirib.

Bu barədə klubun prezidenti Florentina Perez açıqlama verib. "İsko ilə anlaşdıq və müqavilə imzaladıq. Futbolçu tibbi müayinədən keçəcək".

Qeyd edək ki, İsko ilə İngiltərənin "Mançester Siti" klubu da yaxından maraqlanırdı.

Xəbər 834 dəfə oxundu.