Salyanda rayon birinciliyi keçirilib
İyunun 24-də Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Uşaq Gənclər və İdman məktəbində 26 iyun Silahlı Qüvvələr gününə həsr edilmiş kikboksinq üzrə yeniyetmə və gənc idmançılar arasında rayon birinciliyi keçirilib.

15 çəki dərəcəsində 70 nəfərə yaxın yeniyetmə və gənc kikboksçuların iştirakı ilə keçirilən yarışın məqsədi rayonda kikboksinq idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək və əlamətdar günləri qeyd etmək olub.

Sonda qaliblər Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıblar.

Xəbər 1302 dəfə oxundu.