Həvəskar velosipedçilər arasında 3-cü şəhər yarışı
İyunun 25-də Heydər Əliyevin abidəsinin önündə Sumqayıt şəhər İcra hakimiyyətinin təşəbbüsü və Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə velosiped idman növü üzrə həvəskarlar arasında 3-cü şəhər yarışı keçirilib.

Yarışda şəhərin ayrı-ayrı məhəllə və mikrorayonlarından 200-dən çox həvəskar velosipedçi iştirak edib.

Sonda Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov tərəfindən yüksək yerləri tutan idmançılara pul mükafatı, IV-X yerləri tutan idmançılara xatirə hədiyyələri və diplomlar təqdim olunub.

Xəbər 1451 dəfə oxundu.