Şahmatçılarımız 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar | |
Gürcüstanın Ureki şəhərində keçirilən 12 yaşadək uşaqlar arasında Avropa Kuboku başa çatıb. 10 ölkədən 260-dək şahmatçının iştirak etdiyi yarışda ölkəmizdən müxtəlif yaş qrupları üzrə 59 zəka sahibi qələbə uğrunda mübarizə aparırdı.Təmsilçilərimiz uğurlu çıxış edərək 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar. 12 yaş oğlanlar arasında Vüqar Əsədli 9 oyundan 8 xal toplayaraq qızıl medal qazanıb. Kənan Qarayev isə aktivinə 6.5 xal yazaraq bürünc medalın sahibi olub. 10 yaşlı oğlanlar arasında Vüqar Manafov və Fərid Mustafayev 7 xalla gümüş və bürünc medalın sahibidirlər. Eyni yaş qızlar arasında Mingəçevir şahmatçısı Zeynəb ismayılzadə 8 xalla 1-2-ci yerləri bölüşdürərək əlavə göstəricilərə görə yarışın gümüş medalına layiq görülüb. Digər gümüş medalı isə 8 yaşlılar arasında mübarizə aparan və 9 oyundan 8 xal toplayan Aydın Süleymanlı qazanıb. Turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilirdi. |
|
Xəbər 1274 dəfə oxundu. |
|
|