Umutun könlü «Cim Bom»da
«Qalatasaray»ın keçən mövsüm «Tuluza»dan icarələdiyi Umut Bulutla bağlı fransız qəzetlərində maraqlı bir iddia çıxdı. Təcrübəli qolçunun «Fənərbağça» ilə razılaşma yolunda olduğu qarşıya qoyulub. Ancaq futbolçu özü belə bir transferin mümkün olmadığını deyərək, transfer iddialarına nöqtə qoyub.

İdman.com.az saytı xəbər verir ki, «Qalatasaray»da xoşbəxt olduğunu deyən futbolçu yazılanlar bağlı bunları deyib:

«Fənərbağça»ya transfer olacağım barədə xəbərlər doğru deyil. Bu il həqiqətən istər «Qalatasaray» üçün, istərsə də mənim üçün çox yaxşı keçdi. Məqsədim «Qalatasaray»da qalıb Çempionlar Liqasında uğurlu çıxış etmək və Superliqada çempionluqdu. Fateh Terimlə olan bağımız çox möhkəmdir və önümüzdəki günlərdə transferimin nəticələnməsinə ümid edirəm».

30 yaşlı oyunçunun 3 milyon avroluq ödənişini salmağa çalışan istanbullular transferdə önümüzdəki günlərdə nəticə əldə etməyi hədəfləyirlər. Ötən mövsüm 38 dəfə «Qalatasaray» formasını geyinən futbolçu 15 qol vurmuşdu.

Xəbər 955 dəfə oxundu.