«Real» bu yay Gündoğanı almaq istəyir
Madrid «Real»ı Dortmund «Borussiya»sının yarımmüdafiəçisi İlkay Gündoğanı əvvəl güman edildiyi kimi gələn il deyil, artıq buy ay almaq istəyir.

İdman.com.az saytı xəbər verir ki, 22 yaşlı futbolçu «kral klubu»na Robert Levandovskinin Dortmundda qalacağı təqdirdə keçə bilər.

Bu, «Borussiya»nın heyəti kardinal dəyişməmək və əsas oyunçularını saxlamaq istəyi ilə bağlıdır. Daha əvvəl Gündoğanın transfer dəyərinin 25 milyon avro olduğu bildirilirdi.

Xəbər 1024 dəfə oxundu.