Məşhur rus «Qəbələ»yə gəlmədi
«Qəbələ»nin transfer etmək istədiyi futbolçulardan birinin kimliyi müəyyənləşib. Bölgə klubu rusiyalı Sergey Samodini heyətinə qatmaq istəyib.

«Qəbələ» baş məşqçisi Yuri Syominin istəyi ilə onunla danışıqlar aparıb. Lakin Samodin Azərbaycana gəlməkdən imtina edib və Ukraynada qalmaq istədiyini bildirib. Bu səbəbdən transfer baş tutmayıb.

Qeyd edək ki, 28 yaşlı futbolçunun son iş yeri Ukraynanın «Krivbas» klubu olub. O, əvvəllər Rusiyanın «Krasnodar-2000», ÇSKA (Moskva), «Spartak» (Nijni Novqorod), Ukraynanın «Dnepr» və «Arsenal» klublarında oynayıb, Rusiya U-21-nin formasını geyinib.

Xəbər 918 dəfə oxundu.