Pippen polis tərəfindən saxlanılıb
Skotti Pippen polis tərəfindən dava şübhəsi ilə saxlanılıb.

İdman.com.az saytının məlumatına görə, Çikaqonun əfsanələrindən olan keçmiş basketbolçu döydüyü adamın xəstəxanaya düşməsindən sonra özü polis məntəqəsinə gələrək təslim olub.

Xatırladaq ki, bir müddət əvvəl restoranların birində fanat ona yaxınlaşaraq avtoqraf istəyib. Bu zaman Pippen onu vuraraq təpikləyərək həmin şəxsə aöır xəsarətlər yetirib. Xəsarət alan müxtəlif zədələrlə dərhal xəstəxanaya yerləşdirilib.

Aynurə

Xəbər 913 dəfə oxundu.