Xorvat müdafiəçi "İnter"ə keçir
"İnter" xorvatiyalı müdafiəçi Matiya Şpiçiçi transfer edir. Bu haqda Şpiçiçin son klubu olan "Sibir"in rəsmi saytı xəbər yayıb. Məlumatda qeyd olunur ki, Rusiya klubu ilə qarşılıqlı razılıq əsasında yollarını ayıran xorvat müdafiəçi karyerasını Azərbaycan klubunda davam etdirəcək.

Qeyd edək ki, 25 yaşlı müdafiəçinin boyu 175 sm, çəkisi isə 77 kq-dı. Peşəkar karyerasına vətənində "Zaqreb"də başlayan Şpiçiç daha sonra Ukraynanın "Tavriya", Xorvatiyanın "İstra 1961" və Rusiyanın "Sibir" klublarında forma geyib. Xorvatiyanın U16, U-17, U-18, U-19 və U-20 yığmalarında forma geyən Şpiçiç əsas milliyə heç vaxt cəlb olunmayıb.

Xəbər 963 dəfə oxundu.