"Mourinyo "Ferrari"dən istifadə edə bilmədi"
Madrid "Real"ının prezidenti Florentino Perez klubun sabiq çalışdırıcısı və hazırda "Çelsi"də baş məşqçilik edən Joze Mourinyo haqqında maraqlı fikirlər səsləndirib.

Formula 1-dən nümunə verən klub prezidenti qeyd edib ki, "Real" bir "Ferrari" markalı avtomobildir:

"Ferrari" hər zaman qazanmır. Ancaq yenə də onun gücünü hər kəs bilir və hörmət edir. Mourinyo isə son mövsüm "Ferrari"dən istifadə edə bilmədi. "Real" futbolda bir markadır".

Qeyd edək ki, 2010-ci ildən “Real”da işləyən Mourinyonun bu komandada ən böyük uğuru 2011/2012 mövsümündə qazandığı İspaniya çempionluğu olub.

Xəbər 887 dəfə oxundu.