Türkiyə “Qafqaz kuboku”nun qalibi oldu


Azərbaycan futbolçuları isə 3-cü oldular


Bu gün 17 yaşadək futbolçulardan ibarət komandalar arasında
“Caspian Cup” (“Qafqaz kuboku”) beynəlxalq turnirinə yekun vurulub.

7-ci yer uğrunda oyunda Tacikistan Qırğızıstana (1:0), 5-ci yer uğrunda görüşdə isə Qazaxıstan Özbəkistana (5:0) qalib gəlib.

3-cü yer uğrunda qarşılaşmada futbolçularımız gürcülərlə qarşılaşıblar. Oyunun əsas vaxtı 1:1 hesabı ilə nəticələnib. Əlavə vaxtda da qalib müəyyən edilməyib və penaltilər sayəsində rəqibdən üstün olan Azərbaycan yığması “Qafqaz kuboku”nun 3-cüsü olub.

Finalda İspaniya və Türkiyə yığçaları qarşılaşıblar. Oyunun əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında ispanlardan üstün olan (4:3) Türkiyə yığması “Qafqaz kuboku”nun qalibi olub.

Final görüşündən sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Xəbər 994 dəfə oxundu.