“Neftçi” daha bir futbolçusunu heyətində saxlaya bildi
“Neftçi” Vobaydan sonra daha bir futbolçusunu heyətində saxlaya bildi. Belə ki, Paraqvay milli komandasının üzvü Erik Ramos heyətdə növbəti mövsümdə də “Neftçi”nin uğurları üçün çalışacaq.

Amma “Neftçi” Ramos məsələsində arzuladığı sonluğa çata bilməyib. Məsələ burasındadır ki, “Neftçi” Ramosu birdəfəlik transfer etmək istəyirdi. Lakin Ramosun klubu “Rubio”nun yüksək məvacib tələb etməsi flaqmanın pılanlarını pozub. Bu barədə “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov məlumat verib: “Biz Ramosun transfer hüquqlarına sahib çıxmaq istəyirdik. Amma onlar yüksək məbləğ istədilər. Belə olan halda, futbolçunu icarə əsasında komandaya götürdük”.

Qeyd edək ki, “Neftçi”nin son uğurlarında Ramosun birbaşa rolu var.

Futbol11.az

Xəbər 1029 dəfə oxundu.