Mario İtaliyaya qayıdıb
İtaliya yığmasının forvardı Mario Balotelli Braziliyanı tərk edib.

Konfederasiyalar kubokunun son görüşündə zədələnən futbolçunun tibbi müayinəsindən sonra sol bel əzələsində problem aşkar edilib. Həkimlər 22 yaşlı futbolçunun cərrahiyyə əməliyyatı ola biləcəyini də bildiriblər.

Qeyd edək ki, o, artıq geriyə İtaliyaya qayıdıb.


Aynurə

Xəbər 727 dəfə oxundu.