“Milan” klubunda yeni kapitan təyin olunub
“Milan” klubunda yeni kapitan təyin olunub. Növbəti mövsüm eyniadlı şəhəri təmsil edən komandanı meydana Rikkardo Montolivo çıxaracaq. Kapitan sarğısı seçimində qapıçı Kristian Abbyatini qabaqlayan 28 yaşlı yarımmüdafiəçi bu “vəzifə”də “Milan”la müqaviləsinin müddəti başa çatan Massimo Ambrozinini əvəzləyib.

Qeyd edək ki, ötən il “Fiorentina”dan “Milan”a keçən Montolivo son mövsüm A seriyasında 34 oyuna 6 qol vurub.

Xəbər 1046 dəfə oxundu.