Laurentisdən yeni transfer xəbəri
Napolinin prezidenti Aurelio De Laurentis PSV-nin forvardı Dris Martensin transferinin həll edildiyini bəyan edib:"Bir neçə dəqiqə əvvəl keçidi həll etdiyimi sizə çatdırmaqdan məmnunam. Mertens artıq Napolinin oyunçusudur"

Qeyd edək ki, 26 yaşlı forvard Neapol komandası ilə 5 illik müqavilə imzalayıb. Transferin dəyəri 10 milyon avrodur. Onun məvacibi yeni komandasında 1,5 milyon avro olacaq. Son Hollandiya çempionatında Mertens 29 oyunda 16 qol vurub və 19 məhsuldar ötürmə edib.

Xəbər 823 dəfə oxundu.