Oleq Kotov və Sergey Ryazanskiy Olimpiya məşəli ilə açıq kosmosda
Rusiya kosmonavtları Oleq Kotov və Sergey Ryazanskiy Olimpiya məşəli ilə açıq kosmosa çıxacaqlar.

Bu barədə dünən Qızıl şəhərcikdə məlumat verilib.1996 və 2000-ci illərdə də məşəl Yer kürəsinin orbitindən kənara aparılmışdı.Lakin ilk dəfədir ki, məşəl birbaşa açıq fəzaya çıxarılacaq.Bu da Rusiyanın nou-hausudur.Məşəl Yerə Fyodor Yurçixinlə qaytarılacaq.Bundan sonra son estafetdə istifadə ediləcək.Məhz həmin məşəldən də Soçi stadionundakı Olimpiya məşəli alovlanacaq.

Xəbər 855 dəfə oxundu.