Slaven Biliç yeni iş başında
Lokomotivdən istefaya göndərilən Slaven Biliç tezliklə özünə iş tapıb.

İdman.com.az saytı Sabah qəzetinə istinadən məlumat verir ki, xorvatiyalı mütəxəssis Beşiktaşın təklifinə razılıq verib. Belə ki, dünən Beşiktaşın icraçı direktoru Əhməd Nur Çəbi şəxsi təyyarə ilə Zaqrebə yollanıblar. Aparılan danışıqlar öz müsbət nəticəsini verib və Biliçin razılığı alınıb.

Qeyd edək ki,müqavilə imzalamaq üçün Slaven Biliç yaxın günlərdə İstanbula gələcəyi gözlənilir.


Aynurə

Xəbər 857 dəfə oxundu.