Paulinyodan yeni addım
Korintians klubu və Brazilya yığmasının yarımmüdafiəçisi Paulinyo karyerasını Tottenhemdə davam etdirmək qərarına gəlib.

İdman.com.az saytı "The İndependent" qəzetinə istinadən xəbər verir ki, Cənubi Amerika klubunu Tottenhemin 17 milyon funt sterlinqlik təklifi qane edib.

Xatırladaq ki, 24 yaşlı dayaq yarımmüdafiəçisi bundan əvvəl də məhz İngiltərə premyer liqasında oynamaq istədiyini vurğulayıb.


Aynurə

Xəbər 873 dəfə oxundu.