"İnter"in rəqibi "İnter"i məğlub etdi
Avroliqanın birinci təsnifat mərhələsində "İnter"in rəqibi olan Finlandiyanın "Mariehamn" ölkə çempionatında növbəti oyununa çıxıb. Komanda 15-ci tur çərçivəsində səfərdə "İnter"in (Turku) qonağı olub. Görüş "Mariehamn"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandaya qələbə gətirən qollara 14-cü dəqiqədə Kukka və 43-cü dəqiqədə Orgill imza atıblar. 74-cü dəqiqədə Byskata "Mariehamn"ı meydanda azlıqda qoysa da, nəticə dəyişməyib. Bununla da 15-ci oyunda 7-ci qələbəsini qazanan "İnter"in rəqibi xallarının sayını 24-ə çatdırmaqla turnir cədvəlində dördüncü pilləyə yüksəlib.


Xəbər 857 dəfə oxundu.