Avropa Çempionlar Kubokunu “Akkord” qazandı | |
Slovakiyanın Bratislava şəhərində otüstü hokkey üzrə kişi və qadınlar arasında Avropa Çempionlar Kubokunun “Çelenc IV” turniri “Akkord”un qələbəsi ilə başa çatıb.
İyunun 13-də finalda Bolqarıstanın “NSA” komandası ilə mübarizədə 6:2 hesablı inamlı qələbə qazanan kişilərdən ibarət “Akkord” otüstü hokkey komandası Avropa Çempionlar Kubokunun “Çelenc IV” turnirinin qalibi olub. Qeyd edək ki, “Akkord” turnir çərçivəsində Sloveniyanın “Moravski Toplitse” (10:2), Türkiyənin “Qaziantep Polisgücü” (4:2), Slovakiyanın “Raca” (3:0) komandalarına qalib gəlmişdi. AzərTAc |
|
Xəbər 2023 dəfə oxundu. |
|
|