Runinin taleyi necə olacaq?
"Mançester Yunayted"in futbolçusu Ueyn Runinin klubdakı taleyi yaxın günlərdə həll olunacaq.

Komandanın yeni çalışdırıcısı David Moyes yaxın vaxtlarda Runi ilə danışıqlara başlayacaq. Futbolçunun “MY”də qalmasını istəyən baş məşqçi hücumçunun getmək istəyəcəyi təqdirdə buna icazə verəcək.

İndidən "Çelsi" və PSJ kimi klubların maraq dairəsinə düşən Runinin istəyənlər arasında Madrid "Real"ı da var.

Yeni mövsümdən "Kral klubu"nu çalışdıracağı gözlənilən Karlo Ançelotti Runini bəyəndiyini hər zaman deyib. Lakin "Mançester Yunayted"in bu transferin qarşılığında Ronaldonu heyətinə qatmaq istədiyi bildirilir.

Xəbər 920 dəfə oxundu.