Azərbaycanlı futbolçu «Arsenal»a qol vurdu
Londonun «Barnet» stadionunda Ümumdünya Qaçqınlar Günü-nə həsr olunmuş yoldaşlıq oyunu keçirilib. Qarşılaşma dünyanın müxtəlif ölkələrindən olan qaçqın və məcburi köçkün gənc futboçularla İngiltərənin «Arsenal» klubunun veteran futbolçuları arasında təşkil olunub.

6 min nəfərdən artıq azarkeşin izlədiyi oyun 1:1 hesabı ilə başa çatıb. «Arsenal»ın heyətində Anri Klarke, dünya yığmasında isə Vurğun Həsənzadə fərqlənib. Ümumilikdə, Dünya yığmasının heyətində Azərbaycanın işğal olunmuş bölgələrini təmsil edən 7 gənc və yeniyetmə futbolçu çıxış edib.

Qeyd edək ki, bu oyun dünyanın tanınmış KİV-lərinin diqqət mərkəzində olub. BBC və «Sky Sport» televiziya kanalları bu qarşılaşma ilə bağlı canlı reportajlar yayımlayıblar.

Xəbər 951 dəfə oxundu.