Qılıncoynatma idman növü üzrə Avropa çempionatı
İyunun 16-dan 20-dək Xorvatiyanın Zaqreb şəhərində qılıncoynatma idman növü üzrə Avropa çempionatı keçirilib.

Çempionatda Azərbaycanı sablya yarışlarında "Neftçi" İdman Sağlamlıq Mərkəzinin üzvləri Sabina Mikina, Aidə Ələsgərova, Sevil Bünyatova və Sevinc Bünyatova təmsil ediblər.

Şəxsi yarışlarda Sabina Mikina 47 idmançı arasında 19-cu olub.

Komanda yarışlarında idmançılarımız 8-liyə çıxmaq üçün Belarus komandasına 45-44 hesabı ilə qalib gəlib 1/4 finala çıxıblar. Olimpiya çempionu Ukrayna komandasına (39-45) uduzublar. 3-cü görüşü Macarıstan komandası ilə keçirərək (45-41) qalib gəldilər. 5-6 cı yerlər uğrunda qarşılaşmada Fransa komandasına (38-45) məğlub olan qızlarımız 6-cı yeri tutublar.
Qeyd edək ki, 2 ildir ard-arda komandamız Avropa Çempionatında 6-cı yerə çıxır.

Komandamızın rəhbəri Yaşar Məmmədovun verdiyi məlumata görə, çempionatın hakimləri arasında həmyerlimiz Fikrət Vəliyev də olub.

Bir faktı da qeyd edək ki, 20-23 iyun tarixlərində Şpaqa üzrə yığma komandamız Gürcüstanın Kutaisi şəhərində keçirilən turnirdə iştirak edib.

Şəxsi yarışlarda Kənan Əliyev I, Nəsibov Vəkil III, qızlar arasında Samirə Hüseynova I yerə çıxıblar.

Komanda yarışlarında yığmamız I yerə layiq görülüb.

Xəbər 725 dəfə oxundu.