“Xəzər-Lənkəran” yoxlama oyunu keçirəcək
Almaniya toplanışı çərçivəsində “Xəzər-Lənkəran” futbol komandasının yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.

Komanda hazırlıq müddətində əvvəlcədən nəzərdə tutulduğu kimi iki yoxlama oyununa çıxacaq. İyunun 29-da Almaniyanın ikinci divizion təmsilçisi “İnqolştad” klubu ilə üz-üzə gələcək “Xəzər Lənkəran” bir gün sonra üçüncü divizion təmsilçisi “Aysburq-2” komandası ilə gücünü sınayacaq.

Xəbər 747 dəfə oxundu.