Beynəlxalq şahmat turniri başa çatdı
Çexiyanın Teplice şəhərində beynəlxalq şahmat turniri başa çatıb.

Turnirdə Azərbaycanı təmsil edən şahmatçı Nicat Məmmədov sonuncu turda qara fiqurlarla almaniyalı idmançı Sebastyan Pliçke ilə heç-heçə edərək hesabına yeddi xal yazıb. Əlavə göstəricilərə görə N.Məmmədov yarışda birinciliyi əldə edib
.
Qeyd edək ki, 16 ölkədən 18 qrossmeyster daxil olmaqla 158 şahmatçı mübarizə apardığı turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilib.

Xəbər 1049 dəfə oxundu.