Bədii gimnastika üzrə 20-ci Azərbaycan birinciliyi başlanıb
“Sərhədçi” İdman Olimpiya Mərkəzində bədii gimnastika üzrə 20-ci Azərbaycan birinciliyi başlanıb.

Yarışlarda 6 yaş kateqoriyasına və 7 qrup komandasına bölünmüş 133 gimnast iştirak edir. İdmançılar seniorka və yuniorlar, həmçinin 2001-2002, 2003, 2004 və 2005-ci il təvəllüdlü iştirakçılardır.
Yarışlarda “Neftçi” və Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Spartak”, “Sərhədçi”, “Bakı” və Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin gimnastlarından başqa, Xırdalan, Qusar, Gəncə və Sumqayıt idmançıları da yarışacaqlar, İsmayıllı gimnastları isə yalnız Qala-konsertdə məharətlərini göstərəcəklər.

Qeyd edək ki, qala-konsert Avropa çempionu, dünya vitse-çempionu, Olimpiya Oyunlarının ikiqat iştirakçısı və Azərbaycanın 5 qat mütləq çempionu Aliyə Qarayevanın böyük idmanla vidalaşmasına həsr ediləcək.Yarışlar iyunun 25-də başa çatacaq.

Xəbər 2123 dəfə oxundu.