Mixayil Talin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnir başa çatıb
Moskvada Mixayil Talin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri başa çatıb.
Yarışın son doqquzuncu günündə Şəhriyar Məmmədyarov növbəti görüşünü keçirib.
Norveç idmançısı Maqnus Karlsen ilə dünya çempionumuzun qarşılaşması 34-cü gedişdə heç-heçə ilə nəticələnib. Nəticədə qrossmeysterimiz turniri üçüncü pillədə başa vurub.

Qeyd edək ki, turnirin qalibi İsrail idmançısı Boris Qelfand olub.

Xəbər 1170 dəfə oxundu.