Uruqvay yarı finalda
Braziliyada təşkil edilən FIFA Konfederasiyalar Kubokunun qrup oyunları artıq tamamlanıb.

İdman.com.az saytının məlumatına görə, Recifə şəhərinin Arena stadionunda təşkil olunmuş matçda Uruqvay ilə Tahiti komandaları qarşılaşıblar. Uruqvay idmançıları gözəl oyun nümayiş etdirərək Tahitiyə 1 qol vurmağa belə imkan verməyiblər. Sonda Tahitiyi 8-0 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, matçda Hernandez (4), Luis Suarez (2), Perez (1) və Lodeiro(1) qola imza atıblar.

Aynurə

Xəbər 767 dəfə oxundu.