İtaliyada ciddi itki
İtaliya millisinin hücumçusu Mario Balotelli və yarımmüdafiəçisi Rikkardo Montolivo Konfederasiyalar Kubokunun yarımfinalında komandalarına kömək etməyə bilərlər. Buna hər iki futbolçunun Braziliya yığması ilə qrup mərhələsinin matçında zədələnməsi səbəb olub.

Meydan sahiblərinin 4:2 hesablı qələbə qazandıqları görüşdən sonra Montolivoya yüngül beyin silkələnməsi diaqnozu qoyulmuşdu. Balotelli isə oyundan sonra axsayırdı.

Müdafiəçi İnyatsio Abate üçün turnir erkən başa çatıb. Abate Braziliyanın forvardı Neymarla toqquşmadan sonra çiyindən zədələnib. “Skuadra Adzurra”nın yarımmüdafiəçisi Andrea Pirlonun isə zədəsinin bərpa olunub, geri qayıtması gözlənilir.

Qeyd edək ki, Konfederasiyalar Kubokunun yarımfinalı iyunun 27-də keçiriləcək. Çezare Prandellinin komandasının rəqibi çox güman ki, İspaniya olacaq.

Xəbər 854 dəfə oxundu.