İtaliya daha bir futbolçusundan məhrum oldu
Konfederasiyalar Kubokunun qrup mərhələsinin son turunda Braziliya ilə qarşılaşacaq İtaliya millisi daha bir aparıcı futbolçusundan məhrum olub. "Yuventus"un yarımmüdafiəçisi Andrea Pirlo sambaçılara qarşı matçda iştirak etməyəcəkdir. 34 yaşlı xavbekin Yaponiya millisinə qarşı baş tutan matçda aldığı zədə buna səbəb olub. İtaliya millisinin həkimi Enriko Kastelatsi bildirib ki, Pirlonu yarımfinal matçına kimi hazır vəziyyətə götirmək istəyirlər.

Qeyd edək ki, Pirlodan başqa cəzalı olan Daniele De Rossi də Braziliya ilə matçı kənardan izləyəcək.

Xəbər 950 dəfə oxundu.