Forlan kubok tarixinə düşdü
Uruqvay millisinin hücumçusu Dieqo Forlan Konfederasiyalar Kubokunun tarixinə düşüb.

Nigeriya ilə matçda komandasına qələbə gətirən qola imza atan Forlan bununla da turnirdə fərqlənən ən yaşlı futbolçu kimi tarixə düşüb. Belə ki, Nigeriya millisinin qapısından qol keçirən Forlan 34 il, 32 günlükdür. Maraqlıdır ki, Nigeriya - Uruqvay oyununda bu rekord iki dəfə qırılıb. Əvvəlcə Nigeriya millisinin qapısından ilk qolu keçirən Dieqo Luqano ən yaşlı qol müəllifi kiimi tarixə düşsə də, az sonra Forlan onu da geridə qoyub.


Xəbər 891 dəfə oxundu.