Neftçalada rayon birinciliyi keçirilib
Neftçala rayon Gənclər və İdman İdarəsi UGİM-nin 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş sərbəst-güləş, Yunan-Roma güləşi və boks idman növü üzrə rayon birincilikləri keçirilib.

Sərbəst güləş, Yunan-Roma güləşi yarışlarında 100-ə yaxın, boks yarışlarında isə 50-ə yaxın idmançı iştirak edib.

Sonda qalib olan idmançılar UGİM-nin diplomları ilə təltif olunublar.

Xəbər 918 dəfə oxundu.