İştirakçılarımızın siyahısında dəyişiklik olub
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qazaxıstanda qatılacağı beynəlxalq turnirin iştirakçılarının siyahısında dəyişiklik olub.
ABŞ-ın tələbələr yığması iyunun 24-də Pavlodarda start götürəcək Nursultan Nazarbayevin şərəfinə həsr olunmuş yarışa gələ bilməyəcək. Buna səbəb amerikalıların səfərlə bağlı sənədlərinin qaydasında olmamasıdır.

Beləliklə, turnirdə 6 komanda mübarizə aparacaqdır. Bunlar baş məşqçi Faiq Qarayevin yetirmələri ilə yanaşı, Qazaxıstanın əsas və ikinci yığması, Belarus millisi, Rusiyanın “Uraloçka” və Çinin “Lyaonin” klublarıdır.

Qeyd edək ki, iyunun 29-da başa çatacaq turnirdən Ukrayna millisi də imtina etmişdir. Onlar bunu Avropa çempionatına hazırlıqla əlaqələndirib.

Xəbər 669 dəfə oxundu.