Türkan Nəsirova bürünc medal qazandı
Monteneqronun Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

Çempionatın üçüncü günündə 38, 43, 49, 56 və 65 kiloqram çəki dərəcəsində qızlar mübarizə aparıblar.
Yarışda ölkəmizi Ülkər Babayeva (38 kq), Türkan Nəsirova (43 kq), Şəbnəm Əhmədova (49 kq), Ləman Qurbanova (56 kq) və Anita Kələntərova (65 kq) təmsil ediblər.
Türkan Nəsirova (43 kq) Rusiya təmsilçisi ilə ilk görüşündən məğlub ayrılıb. Ancaq Rusiya güləşçisi finala yüksəldiyindən təmsilçimiz bürünc medal qazanmaq şansı əldə edib. Avropa çempionatının bürünc medalını qazanmaq üçün T.Nəsirova bolqarıstanlı güləşçini məğlub etməli idi. Təmsilçimiz bu işin öhdəsindən layiqincə gəlmiş və yarışı üçüncü pillədə başa vurub.

Digər idmançılarımız isə mükafatçılar sırasına düşə bilməyiblər.
Çempionatın ilk iki günündə 4 qızıl və 4 bürünc medal qazanan yeniyetmə sərbəst güləşçilər komanda hesabında Avropa çempionu olublar.

Xəbər 845 dəfə oxundu.