Millimiz Litvada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması avqustun 19-dan 26-dək Litvanın Palanqa şəhərində təşkil olunacaq ənənəvi beynəlxalq turnirdə iştirak edəcək. Turnirdə 6 komanda 2 qrupda mübarizə aparacaq.

Millimiz A qrupunda Litva və Belarus yığmaları ilə birgə yarışacaqdır. B qrupunda isə Rusiya, Latviya və Qazaxıstan futbolçuları birincilik uğrunda qüvvələrini sınayacaqlar.

Xəbər 912 dəfə oxundu.