De Rossi Braziliyaya qarşı oynamayacaq
Konfederasiyalar Kubokunun qrup mərhələsinin son turunda Braziliya ilə qarşılaşacaq İtaliya millisi oyuna itki ilə çıxacaq. "Skuadra Adzurra"nın aparıcı üzvü Daniele De Rossi meydan sahiblərinə qarşı matçda forma geyə bilməyəcək. Yaponiya ilə oyunda sarı vərəqə alan De Rossi bu səbəbdən cəzalı duruma düşüb.

Xəbər 1043 dəfə oxundu.