"Milan" CSKA-nın futbolçusunu istəyir
Yaponiya millisinin və Rusiyanın CSKA (Moskva) klubunun futbolçusu Keysuke Hondaya təkliflər gəlməkdə davam edir.

Leverkuzen "Bayer"indən sonra "Milan" klubu da Hondaya "elçi" düşüb.

Milan təmsilçisi hazırda Konfederasiyalar kubokuyla əlaqədar Yaponiya millisinin heyətində Braziliyada olan Honda ilə adı çəkilən turnirdən sonra danışıqlara başlayacaq. Razılıq əldə olunarsa, 27 yaşlı futbolçu yeni mövsümdən "Milan"ın şərəfini qoruyacaq.

Qeyd edək ki, ötən mövsüm CSKA-nın heyətində 23 oyun keçirib və 7 dəfə rəqib qapılarına yol tapıb.

Xəbər 1091 dəfə oxundu.