"Barselona"nın futbolçusu "Selta Viqo"da
İspaniyanın "Selta Viqa" klubu "Barselona"nın futbolçusu Andrea Fontası transfer edib.

2009-cu ildən Kataloniya klubunun şərəfini qoruyan oyunçu yeni komandasında illik 1 milyon avro qazanacaq.

Qeyd edək ki, Fontas 2012/2013 mövsümündə Tito Vilanovanın planları arasında yer almadığı üçün son mövsüm "Mayorka"da icarə əsasında forma geyinib.

Xəbər 979 dəfə oxundu.