Stolüstü tennisçilərimiz Moldovada
İyunun 9-da Moldovanın Beltsı şəhərində 1990-cı il təvəllüdlü və daha böyük və 1991-ci il təvəllüdlü və daha kiçik yaşlı yeniyetmələr arasında stolüstü tennis üzrə beynəlxalq turnir və təlim-məşq toplanışına start verilib.
Tədbirdə Moldova, Ruminya, Polşa, Slovakiya, Macarıstan, Serbiya, Çexiya, Ukrayna, Belarusiya, Azərbaycan, Özbəkistan və digər ölkələrin raket ustaları iştirak edirlər.
İyunun 20-dək davam edəcək bu idman tədbirində Azərbaycanı baş məşqçi A.Zudovun rəhbərliyi altında 8 idmançı (3 oğlan və 5 qız) təmsil edir.

Xəbər 1425 dəfə oxundu.